Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya döyüş əməliyyatlarını dayandırmaq üçün Ukrayna Silahlı Qüvvələrinə Donbasdan çıxmaq üçün iki aylıq müddət verib. Əks halda, sülh şərtləri fərqli olacaq.
Sherg.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Rusiyanın mövqeyi Ukraynaya amerikalı vasitəçilər tərəfindən çatdırılıb. Prezident aprelin 1-də ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof, Donald Trampın kürəkəni Cared Kuşner və Respublikaçı senator Lindsi Qremlə görüş planlaşdırır.
Kreml sözçüsü Dmitri Peskov isə Zelenskini “məsuliyyət götürməyə və tərəflərin sülhə çıxması üçün müvafiq qərarlar qəbul etməyə” çağırıb, bunun gecikdirilməsinin daha yüksək qiymətə başa gələcəyini vurğulayıb.