Zelenski sülh planını Trampla müzakirə edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Tramp gələn həftə sülh planını müzakirə edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.

Məlumata görə, bundan əvvəl Vladimir Zelenski məsələ ilə bağlı Almaniya, Böyük Britaniya, Fransa və italiya liderləri ilə məsləhətləşmələr aparacaq.