Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin (SBU) əks-kəşfiyyat idarələrinə yeni rəhbərlər təyin edib.
Teleqraf xəbər verir ki, Sergey Qunkovski Əks-Kəşfiyyat İdarəsinin, Viktor Zayets isə Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi təyin olunub.
Sözügedən postlar təxminən üç ay boş qalıb. Əvvəllər bu vəzifələri Andrey Tupikov və Aleksandr Dubrovin tutub. Zelenski yanvarın 6-da onların işdən çıxarılması barədə fərman imzalayıb.