Zelenski: Ukrayna və ABŞ danışıqları martın 22-də davam etdirəcək

Ukrayna və ABŞ arasında danışıqlar martın 22-də davam etdiriləcək.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram"da yayımladığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, Mayamidə keçirilən görüş başa çatıb və tərəflər danışıqları davam etdirmək barədə razılığa gəlib.

“Bizim komanda hazırda Amerikadadır, bu gün artıq görüş baş tutub. ABŞ tərəfdən Stiv Uitkoff və Cared Kuşner iştirak edib. Komandalar əlaqəni davam etdirəcək və sabah danışıqları davam etdirəcək”, – deyə Zelenski qeyd edib.

O əlavə edib ki, Ukrayna tərəfi ABŞ və Rusiya ilə keçiriləcək üçtərəfli görüşün konkret tarixlərinin müəyyənləşdirilməsini gözləyir.

Zelenski bildirib ki, tərəflər münaqişənin başa çatdırılması, təhlükəsizlik zəmanətləri və Ukraynanın bərpası ilə bağlı sənədlər üzərində işi davam etdirir.