Zelenski Ukraynanın əsas şərtindən danışdı
Yusif Nəzərli
20:14 21.04.2025
Dünya
555
“İndi, Pasxa bayramından sonra bütün dünya əsl problemi - döyüşlərin davam etməsinin əsl səbəbini görür. Müharibə mənbəyi Rusiyadır”.
Teleqraf xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski öz Telegram hesabında yazıb.
O bildirib ki, həqiqətən də, Pasxa bayramında heç bir hava hücumu olmayıb və cəbhənin bəzi hissələrində əməliyyatlar dayandırılıb.
Zelenski qeyd edib ki, Ukrayna bundan sonra da, ən azı, mülki infrastruktura zərbə endirməmək təklifini saxlayır: “Biz Moskvadan dəqiq cavab gözləyirik. Bunu təmin etmək mexanizmləri barədə istənilən söhbətə hazırıq. Aydın, ən sadə və ən etibarlı yol var, yəni: raket və uzunmənzilli pilotsuz təyyarələrin zərbələrini dayandırmaq və bu, avtomatik olaraq bütün mülki infrastrukturun təhlükəsizliyinə zəmanət verəcək. Atəşkəs - real, davamlı - etibarlı olmalıdır, bu, davamlı sülhə doğru ilk addımdır”.
Prezident vurğulayıb ki, Ukrayna nümayəndələrinin bütün görüşlərdə qeyd-şərtsiz atəşkəslə bağlı şərti bu olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya