“Zelenskinin saxtakarlıq olmadan seçkilərdə qalib gəlməsi mümkün deyil” - Putin

“Ukraynanın hazırkı rəhbərliyinin saxtakarlıq olmadan seçkilərdə qalib gələcəyinə ümid etmək çətindir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Məncə, demək olar ki, mümkün deyil. Baxmayaraq ki, əlbəttə ki, Stalinin dediyi kimi, kimin səs verməsinin əhəmiyyəti yoxdur, önəmli olan kimin saymasıdır. Və heç kim inzibati resursları ləğv etməyib. Amma yenə də bu, onlar üçün çətin vəziyyətdir”, - Rusiya dövlət başçısı qeyd edib.