Zelenskinin sözçüsü: Yermak prezidenti aldadırdı

“Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermak dəfələrlə yüksək rütbəli məmurlara Prezident Volodimir Zelenskinin tapşırıqlarını yerinə yetirməyi qadağan edib”.

Teleqraf xəbər verir ki, bu iddianı Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel irəli sürüb.

“Vəzifəsini tərk etmiş bir çox yüksək rütbəli məmur da təsdiq edər ki, Andrey Borisoviç Zelenskini tez-tez aldadıb, dəfələrlə məlumatları özünün şəxsi mənafeyinə uyğun şəkildə təqdim edib. Yüksək rütbəli məmurlara dəfələrlə Andrey Borisoviçdən zənglər olub, onlardan tapşırıqları yerinə yetirməməyi tələb ediblər”, - Mendel bildirib.

Xatırladaq ki, Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak dövlət orqanlarında korrupsiya sxeminin aşkarlanması fonunda noyabrın 28-də istefa verib. İstefa qərarından əvvəl antikorrupsiya orqanları onun ev və ofisində axtarışlar aparıb.