Uşaq bağçalarının tədris proqramı vahidləşdiriləcək
Yusif Nəzərli
11:34 29.03.2023
Elm və Təhsil
759
“Bu il dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq bağçaları) ilə bağlı tədris proqramının vahidləşdirilməsi məsələsi diqqətdə olacaq”.
Bunu “Report”a açıqlamasında Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O bildirib ki, bağçalarda öyrənmə mühitinin yaxşılaşdırılması məqsədilə bu il 150-dən artıq müəssisədə xüsusi guşələr yaradılıb:
“Müxtəlif öyrənmə istiqamətləri üzrə yeni resurslarla yaradılan guşələr üçün bağçalara tədrislə əlaqəli vəsaitlər verilib, işçilərə təlimlər keçirilib. Misal olaraq, əvvəl belə idi ki, təmirli bağça var, amma fəaliyyəti zəifdir. Bu səbəbdən müəllimlər də uşaqlarla necə məşğul olacaqlarını bilmirdilər. Bu nöqteyi-nəzərdən bağçaya müəllimlər üçün proqramlarla yanaşı, resurslar da vermişik. Guşələr ilkin mərhələdə Bakı, Abşeron, Sumqayıt və Gəncədəki bağçalarda yaradılıb, proses mərhələli şəkildə növbəti illərdə də davam edəcək”.
Bu il uşaq bağçaları ilə bağlı tədris proqramının vahidləşdirilməsi məsələsinin diqqətdə olacağını deyən E.Əliyev vurğulayıb ki, plana əsasən, bütün bağçalar üçün konkret metodiki vəsait ilə təmin olunmuş proqram veriləcək:
“Bir sıra hallarda bağçada tərbiyəçi-müəllimlərin hazırlığı yüksək olmadığından nə etməli olduqlarını elə də bilmirlər. Proqramın yanında onun metodiki vəsaitini verməyi düşünürük. Həmin vəsait olmadığından proses ağırdır. Bu ildən başlayaraq hər il ən azı bir yaş üzrə bunu tamamlamağı düşünürük. Bu istiqamətdə hazırlıq işləri davam edir. Sentyabr ayına qədər tərbiyəçi-müəllimlər və bağça müdirləri üçün konkret proqram və metodik vəsait paketini bağçalara təhvil vermək nəzərdə tutulub”.
Qeyd edək ki, ölkə başçısının 2021-ci ilin dekabr ayının 20-də imzaladığı dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin (hazırda Elm və Təhsil Nazirliyi) tabeliyinə verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya