Bu il Azərbaycan ən çox qeyri-neft məhsullarını Türkiyə və Rusiyaya ixrac edib
Yusif Nəzərli
11:05 01.04.2023
İqtisadiyyat
583
Bu ilin fevral ayında Azərbaycanın qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (167,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın mart sayında bildirilir.
Bu siyahıda Rusiya Federasiyası (69,6 milyon ABŞ dolları) ikinci, Gürcüstan isə (40,3 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
2023-cü ilin fevral ayının qeyri-neft ixracı 366,9 milyon ABŞ dolları təşkil edib. Bu ay ərzində yeyinti məhsulları üzrə ixrac 53,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 313,5 milyon ABŞ dollarına bərabər olub.
2023-ci ilin yanvar-fevral ayları ərzində Türkiyəyə 273,9 milyon ABŞ dolları, Rusiya Federasiyasına 137,7 milyon ABŞ dolları, Gürcüstana 64,7 milyon ABŞ dolları, Qazaxıstana 19,4 milyon ABŞ dolları və İsveçrə Konfederasiyasına 19 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 124,8 milyon ABŞ dolları təşkil edib. Hesabat dövrü ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,2 %-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 90,8 % artıb.
2023-cü ilin yanvar-fevral aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (227,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda ilkin formalı polipropilen (23,6 milyon ABŞ dolları) ikinci, meşə fındığı (23,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı 6,6 dəfə, şəkər ixracı 78,5 %, çay ixracı isə 22,7 % artıb.
İki ayda Azərbaycanın ümumi ixracı 4,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 651,4 milyon ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya