Təhlükəli qadın azadlıqda: 19 yaşında həbsxanaya düşdü, 72 yaşında çıxdı
Təhlükəli qadın azadlıqda: 19 yaşında həbsxanaya düşdü, 72 yaşında çıxdı
09:36 13.07.2023
Dünya
767
Dünyanın ən təhlükəli qadını artıq sərbəstdir. 19 yaşında həbsxanaya salınan qadın 72 yaşında oranı tərk edib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən dünyanın ən təhlükəli qadını hesab edilən Lesli Van Hotenin qanlı həyat hekayəsini təqdim edir. Lesli irqi ayrı-seçkilik əsaslı cinayətlər törətmiş Çarlz Manson ailəsinin üzvü olub.
O, 1969-cu ildə 2 qatı cinayətə görə ömürlük həbs cəzasına məhkum edilib. Bu zaman onun 19 yaşı olub. Manson və təriqət üzvləri 1969-cu ildə irqlər arası münaqişəni alovlandıraraq 2 gecədə 7 nəfəri qətlə yetirmişdilər. Lesli də Los-Ancelesin varlı ailərindən olan Leno və Rosemari La Bianca cinayətində iştirak etdiyini etiraf etmişdi. Bu cinayətdən 1 gün əvvəlsə təriqət mənsubları tanınmış rejissor Roman Polanskinin hamilə həyat yoldaşı Seron Tateni və onlarla birlikdə 5 nəfəri qətlə yetiriblər. Manson və 3 qadına ortaq cinayət törətmək əməlinə görə ölüm cəzası verilib. Lakin Kaliforniyada ölüm cəzası müvəqqəti qadağan edildiyinə görə ölüm cəzası 1972-ci ildə ömürlük həbslə əvəzlənib. Leslie Van Hoten tərəfindən irəli sürülən təxliyə istəyi isə Kaliforniya valisi tərəfindən rədd edilib. 2020-ci ildə isə Leslinin apellyasiya şikayəti qəbul edilib. Və o, şərti azadlığa buraxılıb. Kaliforniya valisi Gavin Neysom isə bundan dərin üzüntü duyduğunu bildirib: “Cinayətə qurban getmiş ailələrin sağ qalan üzvlərini 50 ildir cinayətkarların həbsdə qalması ovundururdu. Artıq onları ovunduracaq heç nə qalmayıb”. Lesli Van Hoten 53 il həbsxanada qaldığı müddətdə universitet bitirib, mütəxəssis dərəcəsi alıb. Şərti azadlığa buraxılan qadın 1 il evində qalacaq və modern həyata adaptasiya olmağa çalışacaq. Vəkilləri isə “artıq o da internetdən istifadəni, nağdsız ödəmələrlə alış-veriş etməyi öyrənəcək”, - deyib. Lesli özü də azadlığa buraxılnması üçün etdiyi müraciətlərdə işləmiş olduğu cinayəti etiraf etməklə yanaşı, bunu Mansonun təsiri altında etdiyini də etiraf etmişdi. O, həbs edilənlər arasında ən gənci olub. 19 yaşında həbsxanaya salınan gənc qadın 53 il sonra – 72 yaşında oranı tərk edib. Bir çox qətllərə imza atmış Çarlz Manson isə 2017-ci ildə 83 yaşında həbsxanada vəfat edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya