Nazir: Təyyarə qəzasında xəsarət alan 3 yaralı Bakıda xəstəxanaya yerləşdirilib

Təyyarə qəzası zamanı xəsarət alan və Qazaxıstanın Aktau şəhərində müalicə olunan daha üç yaralı Bakıya gətirilib. Onlar "Yeni klinika"ya yerləşdiriliblər.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə danışarkən deyib.

Nazir bildirib ki, xəsarət alanlar reanimasiya şöbəsindədir: "Vəziyyətləri orta sabitdir".

T.Musayevin sözlərinə görə, xəsarət alanlardan doqquzu artıq evə buraxılıb.