İsmayıl Şıxlının yeni kitabı işıq üzü görüb – Doğum gününə ithaf
Banuçiçək Kalbalıyeva
15:55 22.03.2020
Ədəbiyyat
1788
“Məni itirməyin"ə daxil edilən "Cəbhə gündəlikləri" əsəri ilk dəfə latın qrafikası ilə oxucuların ixtiyarına verilib"
Bu gün Azərbaycanın görkəmli nasiri, yazıçı, pedaqoq İsmayıl Şıxlının doğum günüdür. 1938- ci ildə "Ədəbiyyat" qəzetində dərc etdirdiyi "Quşlar" şeiri ilə ədəbiyyata gələn və yardıcılığına “Dəli Kür” romanı ilə möhür vuran İsmayıl Şıxlı özünün məhsuldar yaradıcılığı və xalqın istəyini ifadə edən cəsarətli çıxışları ilə həmkarlarından fərqlənib. Qeyd edək ki, İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. 1995-ci il iyulun 26-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Dahi yazıçının layiqli davamçısı, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı "Sherg.az"a açıqlamasında bildirib ki, bu il kütləvi tədbirlər nəzərdə tutulmayıb:
"Ötən il dövlət başçısının Sərəncamı ilə silsilə tədbirlər keçirildi. Amma bu il mövcud koronavirus pandemiyası ilə əlaqədər xüsusi bir təşəbbüs nəzərdə tutulmayıb. Onu deyim ki, İ.Şıxlının "Məni itirməyin" kitabı çap olundu. Kitaba daxil edilən "Cəbhə gündəlikləri" əsəri ilk dəfə latın qrafikası ilə oxucuların ixtiyarına verilib".
Baş redaktorun sözlərinə görə, İ.Şıxlı dilin saflığına daim xüsusi diqqətlə yanaşıb:
"Həmişə bizə deyirdi ki, yaxşı insan olmaq lazımdır. Onun tövsiyələrinə əməl etməyə çalışırıq. Atam dilin saflığını, paklığını qoruyurdu. Mən də öz yaradıcılığımda bu ənənəni davam etdirməyə çalışıram. Bəzən fəal leksikamıza alınma sözlər əlavə etmək istəyirlər. Halbuki o sözlərin dilimizdə daha yaxşı qarşılığı var. Belə hallara yol vermək olmaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm