"Mən koronavirusu kifayət qədər ciddi xəstəlik kimi qəbul edirəm" - Aysel Əlizadə
Banuçiçək Kalbalıyeva
17:02 05.05.2020
Ədəbiyyat
1524
Nə qədər edirik edək, koronavirusdan başqa nəsə düşünə bilmirik. Günümüzü pandemiya xəbərləri ilə açır, axşama kimi yoluxma, ölüm xəbərlərinin az olması üçün əl açıb Allaha dua edirik. Əzizlərimizlə telefon danışıqlarını bacardığımız qədər uzadır, səslərini daha çox eşitmək istəyirik.
Sevdiklərimizə hər gecə şirin yuxular arzulamaqla yanaşı, həm də özündən xəbərsiz şəkildə onu Tanrıya əmanət edirik. Sabah hər şey ola bilər axı. Korovirus bizə həm də bunu öyrətdi-ölüm qaşla göz arasındadır. Bəs, görəsən, ilahi Yaradanla müqayisə edilən yazarlar (fikir məşhur türk müəllifi Elif Şəfəqə aiddir) bu barədə nə düşünürlər. Gənc və istedadlı qələm sahibi Aysel Əlizadə “Şərq”in suallarını cavablandırıb:
-Aysel xanım, karantin günlərini necə keçirdiniz?
-Xüsusi heç nə etmədim. Ədəbi fəaliyyətimi davam etdirdim, kitab üzərində işlədim. Yaxın zamanda bu kitabı çapdan çıxarmaq istəyirəm.
-Nə vaxtsa, pandemiya mövzusunda əsər yazmaq barədə nə düşünürsünüz?
-Əlbəttə, olar. Dünya təcrübəsində belə hallar çox olub. Markes, Çexov və başqaları müxtəlif qlobal xəstəliklərə həsr olunmuş bədii nəsr nümunələri yaradıblar. Çünki həyat ədəbiyyatda qalır. Və ümumiyyətlə, ədəbiyyatda belə mövzular daha çox yaşayır.
-Niyə belədir?
-Çünki böyük yazıçı əsərində fəlakət dövründə hökumətin məsələyə münasibətindən tutmuş, tibbin inkişafına, insanların psixoloji durumundan tutmuş, əks-cins nümayəndələrinin ünsiyyətindəki dəyişikliklərə qədər hər şeyi yazır. Bu isə, şübhəsiz, oxucu üçün maraqlıdır. Ümumiyyətlə, tarixi faktlar bədii əsərlər vasitəsilə auditoriyaya daha rahat çatır, nəinki tarixi romanlarda.
- Belə əsərləri yazarkən təxəyyüldən istifadə etməyə münasibətiniz necədir? Axı ortada konkret fakt var.
-Düzdür. Amma yazıçılar tarixi mövzuda əsərlərdə də təxəyyülə müraciət edirlər. Koronavirusun olması faktdır. Ancaq kimi bunu siyasi oyun kimi qiymətləndirir, kimi də yarasalardan keçdiyinə inanır. Müəllifin hadisəni necə işıqlandırması artıq onun yanaşmasından, təxəyyülündən asılıdır. Əsas odur ki, fakt faktlığında qalır.
- Doğrudan da, pandemiya haqqında fikirlər müxtəlifdir. Sizin fikriniz necədir?
- Mən bu infeksiyanı, yəni koronavirusu kifayət qədər ciddi xəstəlik kimi qəbul edirəm.
- Nə vaxtsa bu haqda əsər yazsanız adını nə qoyardınız?
-Bilmirəm (gülür). Amma elə ad seçərdim ki, maraqlı olsun.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm