"Fikrim belədi ki, qazandığım 2000 manat mükafatla 3-cü hekayələr kitabımı çap elətdirim"
"Pandemiya ilə bağlı müsabiqəni vicdanla keçirdilər" - Natiq Məmmədli
Məlahət Rzayeva
12:37 12.06.2020
Ədəbiyyat
1634
Həmkarımız, “Sputnik-Azərbaycan”ın redaktoru Natiq Məmmədli Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə elan etdiyi hekayə müsabəqəsinin qalibi olub.
Müəllif bununla bağlı feysbuk səhifəsində paylaşım edərək yazıb: “Dostlar, Mədəniyyət Nazirliyinin Yazıçılar Birliyi ilə birgə elan etdiyi “Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi”nə təqdim etdiyim əsər birinci oldu!”
Qalibi təbrik etmək və fikirlərini öyrənmək üçün N.Məmmədli ilə əlaqə yaratdıq. “Şərq”ə açıqlamasında müəllif əvvəlcə müsabiqəyə şübhə ilə yanaşdığını dedi:
- Bilirsiz, bizdə müsabiqələrin obyektivliyinə bir qədər inamsızlıq var. Müsabiqə aprelin 6-sı elan edilmişdi. Bir neçə şərtlər vardı. Bildirilirdi ki, ən yaxşı hekayələr “Radio Antenn”dəki “Canlı kitab” proqramında səsləndiriləcək... Müsabiqə elan olunanda, düzünü deyim, qatılmaq fikrim yox idi. Amma sonra, illər əvvəl oxuduğum bir materialı xatırladım və onu qələmə almaq qərarı verdim. Yazdığım hekayə real həyat hadisəsinə söykənir. II Dünya Müharibəsindən sonra, təxminən 1950-ci illərdə Bakıda səpmə yatalaq xəstəliyi yayılıbmış. O zaman həkim işləyən bir xanım neçə insanı bu bəladan xilas edib, sağaldıb. Sonra bu həkim xanım həyat yoldaşı ilə Əfqanıstana gedib. Yoldaşı tərcüməçi imiş. Əfqanıstanda isə çiçək xəstəliyi yayılıbmış və yenə də bu qadın əfqan xalqının sağlamlığı üçün calışıb, körpələri sağaldıb. Deməli, o zaman Əfqanıstanda bu həkim qadının çiçək xəstəliyindən xilas etdiyi bir uşaq, böyüyüb, Bakıda yaşayır və indi o şəxs koronavirusa yoluxub, onu Azərbaycanda sağaldansa həmin həkimin nəvəsidir. Belə bir formada mən nəsillər arasında körpünü hekayəmdə bədii formada təsvir etmişəm...
- O həkim xanımı tanıyırsınız? İndi həyatdadırmı?
- Yox, şəxsən tanımıram. Həyatda olub-olmadığını da bilmirəm. Sadəcə, illər əvvəl sosial şəbəkədə belə bir məlumat qarşıma çıxmışdı.
- Hazırkı həyəcanlı dövrdə qalib olmağınız yəqin sizə xoş ovqat bəxş etdi...
- Pandemiya dövründə belə bir müsabiqənin keçirilməsi, həqiqətən təqdirəlayiqdir. Həm də vicdanla keçirdilər. Hesab edirəm koronavirus pandemiyası elə bir mövzudur ki, ədəbiyyan buna toxunmalıdır. Sosial məsafə qaydalarına riayət tələb olunur, amma hesab edirəm ki, hər bir halda sosial məsafə saxlamaq lazımdı, təkcə kitabla yox. Kitabla sosial məsafə saxlamağa ehtiyac yoxdur. Kitabdan insana virus keçməz.
- Mükafatı nəyə sərf edəcəksiniz?
- Fikrim belədi ki, 3-cü hekayələr kitabımı çap elətdirim (xatırladaq ki, N.Məmmdlinin bu günədək 2 hekayələr kitabı işıq üzü görüb – red.) 2000 manat mükafatdı, yəqin ki, o da kitabın nəşrinə sərf olunacaq.
- Natiq müəlllim, bir dfaha sizi təbrik edirik.
- Təşəkkür edirəm.
Qeyd edək ki, sözügedən müsabiqəyə 417 hekayə təqdim olunub. 29 hekayə müəyyən edilmiş müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul edilməyib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Komissiyanın 5 üzvü tərəfindən müsabiqəyə qəbul olunan 388 hekayənin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq əsərlərə hər bir üzv tərəfindən 10 ballıq şkala əsasında qiymət verilib.
"Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi"nin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə və komissiyanın yekun qərarına müvafiq olaraq aşağıdakı hekayələr müsabiqənin qalibləri elan edilib:
I yer: Natiq Məmmədli "Taclı mələklər"
II yer: Sevinc Elsevər "A quşlarım, getməyin..."
III yer: Cavi Dan "Ev"
Xüsusi mükafat üzrə
Reyhan Yusifqızı "Həkimin gündəliyi"
Əkbər Qoşalı "İradə, mən ölürəm..."
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin I yer üzrə qalibinə 2000 (iki min), II yer üzrə qalibinə 1500 (bir min beş yüz) və III yer üzrə qalibinə 1000 (bir min), xüsusi mükafat üzrə qaliblərə 500 manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.
Qısa zamanda qaliblərin mükafatlandırılması xüsusi karantin rejimi və sosial izolyasiya qaydalarına müvafiq olaraq təşkil ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm