Qəşəm Nəcəfzadə: "Afətin ifası Nəsiminin yanında toz kimi bir şeydir"
10:54 10.05.2020
Ədəbiyyat
1690
Xəbər verdiyimiz kimi müğənni Afət Fərmanqızı yenidən Nəsimi yaradıcılığına üz tutub. Şairin "Dönməzəm" qəzəlini hind musiqisi ilə ifa edərək, instaqram səhifəsində paylaşıb.
Əfsuslar olsun ki, bəziləri mahnını bəyənrək, "acığa yenidən oxudu" ifadələri ilə öz səhifələrində yerləşdirib. Bu məqamda sual yaranır. Yüz illərdən keçib günümüzə gələn Nəsimi yaradıcılığı niyə belə ifalarla zədələnməlidir? Yeni nəsilin nümayəndələri böyük sənətkarı ucuz, bayağı mahnılardan öyrənməyi nə qədər doğrudur?
Suallarımıza cavab axtarmaq məqsədilə şair Qəşəm Nəcəfzadə ilə əlaqə saxlayıb, həmsöhbət olduq. Məsələ ilə bağlı "Sherg.az"a fikirlərini bildirən şair, müğəninin əruz vəznini bilmədiyini, oyun havası kimi oxuduğunu söylədi:
"Vallah həyatı necə tutursan elə də gedir. O qız əvvəl "Sığmazam" qəzəlini oxuyurdu toyda, indi isə "Dönməzəm"i ifa edib. Düz gəldi, gəlmədi hər şeyi oxumaq, necə gəldi oynamaq olar. Amma elin obanın qınağı, milli-mənəvi dəyərləri var. Öz düşüncəsidir, onunla eyni fikirdə olan adamlar var. Bəlkə də "Bülbül"ün "Sənsiz"ini az adam bəyənər, amma onun oxuduğunu çox insan. Bu sənət əsəri deyil. Əruz vəznini bilmir, oyun havası, heca vəzni kimi oxuyur. Əruzdan əsər əlamət yoxdur. Həvəskarcasına oxuyur. Müəyyən zaman çərçivəsində, öz səviyyəsində, yüksək bədii təfəkkürü olmayan adamlar bəyənə bilər. Amma bunun ədəbiyyata aidiyyatı yoxdur. İstər dövlətimiz, istər bu Vətəndə yaşayan, yüksək zövqü olan sənətkarlarımız pisləyirlər, mən də həmçinin. Tarix də pisləyəcək. Bir müddət onu oxuyar, oynayar. Maşın da bağışlaya bilərlər. Hələ sənət əsəri demək deyil. Hamsı xırdadır, Nəsiminin yanında toz kimi bir şeydir. O unudulacaq, çıxıb gedəcək. Amma əsl sənət əsəri qalacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm