Minadan və partlamamış hərbi sursatlardan zərərçəkənlərin siyahısı dəqiqləşdirilib
Yusif Nəzərli
18:00 14.12.2024
Cəmiyyət
450
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 5 ay ərzində layihə çərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərərçəkmiş şəxslərin 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Abşeron, Bakı və Sumqayıt) siyahısı müəyyənləşdirilib.
Sherg.az "Report"a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) minadan zərərçəkənlərlə əlaqədar 11 rayon və şəhər üzrə aparılan tədqiqatın nəticələri ilə bağlı tədbirdə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) sədri Rey Kərimoğlu məlumat verib.
Tədqiqat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyinin həyata keçirdiyi "Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək" adlı layihə çərçivəsində aparılıb.
"Sonra adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İnformasiyanın İdarə Edilməsi Sistemi (İMİSMA) agentləri vasitəsilə sorğular keçirdik. Layihənin icrası və "Mina/PHS hadisəsi və zərərçəkən barədə hesabat", "Minalardan zərərçəkənlərin ictimai bərpası və reinteqrasiyası üçün ehtiyaclarının öyrənilməsi" adlı anketlərin doldurulması üçün zərərçəkənlərdən ibarət komanda formalaşdırdıq. Adı çəkilən rayon və şəhərlərdən minə yaxın minadan zərərçəkəndən 866-sı sorğulara cəlb olunaraq toplanmış məlumatlar təhlil edilib", - AMZA sədri, layihə rəhbəri deyib.
Sonra layihənin eksperti, tanınmış hüquqşünas Mirəli Hüseynov aparılan sorğuların nəticələrini iştirakçılara təqdim edib.
ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov mina probleminin aktuallığı və agentliyin mina probleminin nəticələrinin aradan qaldırılması istiqamətində gördüyü tədbirlərdən danışıb: "Vətən Müharibəsindən sonra 382 mina qurbanı qeydə alınıb, onlardan 70 nəfər həlak olub, 312 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Bu hadisələrin 70%-ə yaxını müdafiə məntəqələrində deyil, keçmiş təmas xəttindən kənarda mülki təyinatlı ərazilərdə qeydə alınıb. Maarifləndirmə və məlumatlandırma tədbirləri nəticəsində 2020-ci ildən bu günə qədər insidentlərin sayında azalma müşahidə olunub. Dövlət qurumları - Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər - səhiyyə, sosial müdafiə qurumları ilə birgə görülən tədbirlərin nəticəsində insidentlərin yarıdan çoxunun qarşısı alınıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya