
Rəsmi Astana Londonla yaxınlaşır: Qazaxıstan Rusiyaya "yox!" deyir
Yusif Nəzərli
09:00 09.06.2025
Dünya
498
Azərbaycandan nümunə götürən Qazaxıstan Böyük Britaniya ilə hərbi-siyasi əməkdaşlığı dərinləşdirməyə başlayıb. Belə ki, Qazaxıstan və Böyük Britaniya hərbi əməkdaşlıq planı imzalayıb. Bu barədə iyunun 6-da respublika hökumətinin rəsmi saytında məlumat verilib. Sənəd Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin aparat rəhbəri, polkovnik Yerbola Kumarbekulunun rəhbərliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin rəsmi səfərə gəldiyi Londonda imzalanıb. Görüş zamanı tərəflər əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Qarşılıqlı fəaliyyətin əsas istiqamətləri sülhməramlı fəaliyyət, dil hazırlığı və Qazaxıstan hərbçilərinin Böyük Britaniyanın ali təhsil müəssisələrində hazırlanması kimi müəyyən edilib. Sənəd 2025-2026-cı illəri əhatə edir və iki dövlətin müdafiə strukturları arasında praktiki əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Araşdırmaçı-jurnalist Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, məsələnin qəribə tərəfi isə budur ki, Londonda sözügedən planın imzalanmasının ardınca isə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev dərhal müdafiə naziri Ruslan Jaksılıkovu tutduğu vəzifəsindən azad edib:

"Onun yerinə isə əvvəllər nazir müavini - Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının baş komandanı vəzifəsində çalışan Dauren Kosanovu nazir təyin edib. Qeyd edək ki, Ruslan Jaksılıkov rusiyayönümlü general kimi tanınırdı. Rusiya tərəfinin rəsmi Astananın bu addımlarına aqressiv reaksiyası isə yəqin ki, özünü çox gözlətməyəcək. Maraqlıdır ki, sözügedən əməkdaşlıq planının Londonda imzalanmasından bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyan etmişdi ki, "Rusiya dost ölkələrə Böyük Britaniya ilə yaxınlaşmaqdan və öz ölkələrində British Council (Rusiyada arzuolunmaz kimi tanınan) kimi təşkilatlar üçün əlverişli şərait yaratmamaq barədə xəbərdarlıq edir". Lavrovun idarə etdiyi Rusiya XİN-i həmin bəyanatında onu da qeyd edib ki, "London özünün guya təhsil fəaliyyəti ilə əldə etdiyi təsir mövqelərindən digər dövlətlərin daxili işlərinə qarışmaq üçün istifadə edir". Rusiya XİN-in bu bəyanatı sözsüz ki, həyasız bəyanatdır. Çünki belə bir məzmunlu bəyanatın özü artıq birbaşa postsovet ölkələrinin xarici siyasət kursuna müdaxilə etmək, əks təsir göstərmək cəhdidir".
B.Mirzəyev vurğulayıb ki, Kreml bu bəyanatı ilə onu deməyə çalışır ki, postsovet ölkələri (xüsusən də Mərkəzi Asiyanın türk dövlətləri) Londona yox, yalnız Moskvaya üz tutmalıdırlar:
""British Council"-ın əleyhinə çıxan rəsmi Moskva, postsovet ölkələrində "Rus Evi" deyilən casus yuvalarının önə çıxmasına, onların rahat fəaliyyət göstərmələrinə nail olmaq istəyir. Qazaxıstan rəhbərliyi isə başa düşür ki, imperiya iştahları gün-gündən artmaqda olan Rusiyaya eynilə Azərbaycan kimi "yox!" deməyin və digər qlobal güc mərkəzləri ilə əlaqələri genişləndirməyin vaxtı artıq çoxdan gəlib çatıb. Azərbaycan və Qazaxıstan bugünlərdə Rusiyanı ciddi şəkildə qıcıqlandıran başqa bir addım da atmağa qərar veriblər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya