Ukrayna ərazi güzəştinə getməyəcək -Politoloq
04:04 19.08.2025
Dünya
264
Zelenskini ürəkləndirən Kiyevə dəstək göstərən Avropa ölkələrinin mövqeyidir
ABŞ Prezidenti Donald Tramp deyib ki, Barak Obamanın 12 il əvvəl, bir güllə belə atılmadan bağışladığı Krımı qaytarmaq və Ukraynanın NATO-ya üzvlüyü mümkün deyil. Trampın sözlərinə görə, bəzi şeylər heç vaxt dəyişmir. Amerika liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib ki, ABŞ NATO-nu Ukraynanın müdafiəsinə cəlb etmək imkanını nəzərdən keçirmir. O xatırladıb ki, Rusiya və ABŞ prezidentləri Ankoricdə keçirdikləri görüşdə Ukrayna və Avropa üçün təhlükəsizlik təminatları ilə bağlı razılığa gəliblər. Lakin bu, NATO-ya üzvlük, yaxud hərbi alyansın prosesə qoşulması ilə bağlı deyil. Məlumata görə, Putin və Tramp arasında baş tutan Alyaska görüşündə təklif olunan razılaşmaya görə, Ukraynanın NATO-ya qoşulmasına icazə verilməyəcək, lakin Putin Ukraynanın müəyyən təhlükəsizlik zəmanətlərinə razıdır.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, Donald Trampın hazırda çalışdığı əsas məsələ müharibənin aktiv fazasının dayandırılması və uzunmüddətli atəşkəs rejiminin təmin edilməsidir. Lakin Rusiya tərəfi qəbul etmək istəmir. Rəsmi Moskva müharibənin dayandırılmasından sonra Qərbin Ukraynanı yenidən gücləndirəcəyindən ehtiyatlanır:
"Digər bir məsələ isə Ukraynaya yeni hücum olmaması üçün beynəlxalq təminatın verilməsidir. Keçən əsrin sonlarında Balkanlarda yaşanan boşnak-serb qarşıdurması göstərdi ki, bu çox da effektiv variant deyil. Buna görə rəsmi Kiyev daha çox birbaşa NATO-ya üzv olmağı hədəfləyir. ABŞ-nin "ərazi güzəşti" fonunda Ukraynanın təşkilata üzv qəbul edilməsi barədə təminat verəcəyi də şübhəlidir. Nəzərə alaq ki, NATO daxilində Ukraynanın təşkilata üzv olmasına narazılıq edən dövlətlər var. Ancaq mövcud razılaşma bu dövlətlərin mövqeyində yumşaltma yarada bilər. Zelenskini torpaq güzəştindən çəkindirən daxili siyasi məsələlərdən başqa həm də Ukraynaya dəstək göstərən Avropa ölkələrinin mövqeyidir. Bu ölkələr ABŞ-dən fərqli olaraq Rusiyaya qarşı müqavimətin davam etməsini istəyirlər. Rəsmi Kiyev hazırda bu dəstək hesabına müqaviməti təşkil edə bildiyi üçün güzəşt məsələsində fərqli mövqe nümayiş etdirir. Alyaska görüşündən sonra ABŞ-nin Ukraynaya qarşı təzyiqi artıracağı güman edilir. Buna rəğmən, Ukraynanın ərazi güzəşti gələcəkdə digər münaqişələrdə də nümunə ola bilər ki, bu, arzuedilən deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm