
Moldova “Rus evi”ni bağladı: Kişineu Moskvaya qapını göstərdi
18:08 08.11.2025
Dünya
553
Bəybala Mirzəyev: “Moldova Rusiyanın tələsindən xilas olmağa çalışır”
"Moldovanın yeni seçilmiş hökuməti paytaxt Kişineuda fəaliyyət göstərən Rusiya Elm və Mədəniyyət Mərkəzinin (“Rus evi”) bağlanması barədə qərar qəbul edib.
Bəs, Moldova hökuməti nədən belə bir qərara gəlib?".
Bu barədə Sherg.az-a açıqlamasında siyasi şərhçi Bəybala Mirzəyev deyib.
Ekspert bildirib ki, bu məsələyə aydınlıq gətirmək üçün bir qədər keçmişə qayıtmalıyıq:

"Məsələ burasındadır ki, “Rus evi” 1998-ci il oktyabrın 30-da Moskva şəhərində imzalanmış Moldova-Rusiya sazişi əsasında açılıb. Həmin saziş hər iki ölkə ərazisində mədəniyyət mərkəzlərinin yaradılmasını, mədəni, humanitar və elmi əlaqələrin inkişafını nəzərdə tuturdu və 2001-ci il iyulun 4-də qüvvəyə minib.
Ancaq "Rus evi"nin bağlanması ilə bağlı sözügedən qərar layihəsini təqdim edən mədəniyyət naziri Kristian Jardyanın sözlərinə görə, 24 fevral 2022-ci ildən sonra “Rus evi” Rusiyanın Moldovaya qarşı “hibrid müharibə aləti”nə çevrilib.
Başqa sözlə desək, Kreml Moldovadakı "Rus evi"ni casus yuvasına, təxribat mərkəzinə çevirmişdi. Ona görə də moldovalı nazir K.Jardyan bildirib ki, hazırkı geosiyasi şəraitdə bu mərkəzin fəaliyyət göstərməsi artıq mümkün deyil, çünki Rusiya tərəfindən dezinformasiya yaymaq üçün istifadə oluna bilər. Jardyan onu da əlavə edib ki, Moldovanın Rusiya ərazisində analoji mədəniyyət mərkəzi yoxdur. Bəli, Kreml hər yerdə "Rus evi" açmağa çalışsa da, ancaq həmin ölkələrin Moskvada və ya Sankt-Peterburqda öz milli mərkəzlərini açmaları üçün heç bir şərait yaratmır".
B.Mirzəyevə görə, bu azmış kimi, Putinin mətbuat katibi Dmitri Peskov Moldova hökumətinin məlum qərarı ilə bağlı açıqlamasında bildirib ki, rəsmi Moskva Kişineudakı “Rus evi"nin bağlanmasına təəssüflə yanaşır və Moldovanın bu qərarının ölkə vətəndaşlarının maraqlarını görməməzliyə vurduğunu düşünür:
"Ölkə vətəndaşlarının maraqlarının görməməzliyə vurulması" nə deməkdir?
Postsovet məkanında ən axmaq mətbuat katiblərindən biri kimi tanınan Peskov, görəsən, bu cür düşük sualıyla kimi axmaq yerinə qoyur? Axı Moldova hökuməti bu qərarı məhz ölkə vətəndaşlarının - moldovan xalqının maraqlarını qorumaqdan ötrü qəbul edib. Çünki "Rus evi" moldovanların milli maraqlarına zidd olan işlərlə məşğul olurdu. Əslində, Peskov da bunu yaxşı bilir. Ancaq o, iz azdırmaq üçün saxta diplomatik cümləpərdazlığa əl atıb. Zaman göstərdi ki, Azərbaycan "Rus evi"ni bağlamaqla düzgün qərar verib. Onsuz da tez, ya gec, bütün postsovet ölkələri oxşar addımı atmalı olacaqlar. Yeri gəlmişkən, artıq bir sıra Avropa ölkələrində də "Rus evi" adı altında fəaliyyət göstərən mərkəzlər bağlanıb. Bunun əvəzində isə Kreml hazırda Afrika və Latın Amerikası ölkələrində "Rus evi" açmaqla məşğuldur. Bu da Putinin "müdrik" xarici siyasətinin "böyük" uğurudur".
İsmayıl Qocayev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol