Bakıya qar yağır -FAKTİKİ HAVA
Yusif Nəzərli
05:29 20.02.2025
Ekologiya
618
Fevralın 20-si saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sherg.az-a verilən məlumata görə, əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında sulu qar, dağlıq və dağətəyi rayonlara isə qar yağır.
Yağan qarın hündürlüyü Qrızda, Qax (Sarıbaş) 12, Şahdağda 11, Gədəbəydə 8, Şəki, Balakəndə 4, Zaqatalada 3, Şuşa, Xankəndi, Tovuz, Şamaxı, Qobustan, Altıağac, Qusar, Xaçmaz, Quba, Xaltan, Şabran, Qəbələ,Yardımlı, Ağstafa, Daşkəsəndə 1 sm-dir.
Düşən yağıntının miqdarı Sabirabadda 6, Lənkəranda 5, Biləsuvar 4, Oğuz, Göyçay, Astara, Şahbuzda 2, Naxçıvan, Naftalan, İsmayıllı, Tərtər, Yevlax, Kürdəmir, Zərdab, Beyləqan, İmişli, Cəlilabad, Şirvan, Şəmkir, Tovuz, Neftçala, Lerik, Ağdam, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 26 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada isə küləyin sürəti 20 m/s-yə çatıb.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrdir.
Sumqayıt, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax(Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Göyçay, Qusar, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 5, dağlıq rayonlarda isə 13 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm