2025-ci ilin ən yaxşı qapıçının adı açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci il üzrə ən yaxşı qapıçının adını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

IFFHS-nin versiyasına əsasən, bu ada İngiltərənin "Mançester Siti" klubunun qolkiperi Canluici Donnarumma layiq görülüb.

26 yaşlı "əlcək sahibi" 169 xalla birinci olub.

"Real"dan (İspaniya) Tibo Kurtua ikinci (65 xal), "İnter"dən (İtaliya) Yann Sommer üçüncü (59), "Bavariya"dan (Almaniya) Manuel Noyer dördüncü (50) və "Arsenal"dan (İngiltərə) David Raya beşinci (40) olub.

Qeyd edək ki, Donnarumma daha əvvəl FIFA tərəfindən 2025-ci ilin ən yaxşı qapıçısı adını qazanıb.