ABŞ Rusiya ilə ərazilərimizi müzakirə edir, amma bizimlə...
Yusif Nəzərli
21:44 25.03.2025
Dünya
291
ABŞ Ukraynadakı müharibənin həlli üzrə danışıqlar zamanı Rusiya ilə ərazilər məsələsini müzakirə edir. Lakin Kiyevlə ərazilərlə bağlı heç bir razılaşma yoxdur.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Düşünürəm ki, Amerika tərəfi ruslarla ərazilərlə bağlı danışır. Bizi narahat edən amil budur ki, ABŞ Rusiyaya təsir gücünə malik olsun, əksinə deyil", - o bildirib.
Zelenskinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə təsir etmək və bu müharibəyə son qoymaq üçün kifayət qədər gücü, alətləri və sanksiyaları var:
"Bununla belə, Kiyev ABŞ və Rusiyanın Ukraynasız Ukrayna ilə bağlı nəsə müzakirə etməsi məsələsindən narahatdır. Onların ərazi məsələsini qaldırması başadüşüləndir. Amma bizimlə ərazilərlə bağlı heç bir razılaşma olmayıb. Onlar bunun həssas məsələ olduğunu bilirlər".
Ukrayna prezidenti vurğulayıb ki, Ukrayna əraziləri məsələsi Rusiya-Ukrayna müharibəsinin başa çatması prosesində ən çətin amillərdən biri olub və qalır:
"Bu barədə əvvəldən danışmışam. Ruslarla ən çətin iki məsələ - tam atəşkəs və ərazilər məsələsi olacaq. Ona görə də çətin dialoq olacaq, amma olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi