
ABŞ İrana hərbi müdaxilə imkanlarını gözdən keçirə bilər - ŞƏRH
Yusif Nəzərli
13:11 28.03.2025
Gündəm
418
Trampın məktubunun cavabını Oman vasitəsilə göndərdik. Bu barədə İran xarici işlər naziri Abbas Araqçi "IRNA"ya müsahibəsində bildirib. Nazir ABŞ Prezidentinin məktubuna İranın rəsmi cavabının Oman vasitəsilə lazımi qaydada göndərildiyini açıqlayıb. İran XİN rəhbəri vurğulayıb ki, bu rəsmi cavab məktubunda mövcud vəziyyətlə bağlı fikirlərimiz tam şəkildə izah edilib və qarşı tərəfə məlumat verilib.
Nazir əlavə edib ki, İranın siyasəti maksimum təzyiq və hərbi təhdidlər şəraitində birbaşa danışıqlardan çəkinməkdir. Lakin dolayı yolla danışıqlar, əvvəlki təcrübələrdə olduğu kimi, davam edə bilər. Qeyd edək ki, Oman daha əvvəl də Tehran və Vaşinqton arasında vasitəçilik missiyasını yerinə yetirib.

Politoloq Turan Rzayev “Sherg.az”a söyləyib ki, Amerika və İran arasında diplomatik təmaslar olduqca aşağı səviyyədədir:
“Diplomatik qrafikdə vasitəçilər vasitəsilə məktubların göndərilməsi İranla bağlıdır. Xüsusilə də İran Ali rəhbəri Əli Xamenei Amerikanın prezidenti Donald Trampın, əvvəllər isə Co Baydenin məktublarını birbaşa qəbul etməyərək bir növ İranın Amerikanı saymadığı təəssüratını yaradır. Hətta uzun müddət sosial şəbəkələr üzərindən müxtəlif İran propaqandalarının, sözdə din xadimlərinin videolarında İran Ali rəhbərinin Amerikanı saymadığı və siyasi vasitə kimi istifadə etdiyi əks olunurdu. Oman Fars körfəzində yerləşir və İrana çox yaxın ölkədir. Amerika və İranla xüsusi bağları yoxdur, neytral dövlətdir. Buna görə də vasitəçi olaraq Oman düzgün seçimdir. Dolayı yolla məktublaşmaq xüsusi məna kəsb etmir”.
Ekspert qeyd edib ki, burada əsas kilid məsələ İranın nüvə sazişi mövzusunda Amerikanın təkliflərini qəbul edib-etməməsidir:
“Tramp administrasiyası İranın yenidən nüvə sazişinə qayıtmasını istəyir. İran Ali rəhbəri Əli Xamenei Amerikanın təkliflərini rədd edir, prezident Məsud Pezeşkiyan isə məsələyə daha loyal baxır. Pezeşkiyanın yaşanmasının məhz bununla bağlı olduğunu düşünmürəm. İranda bir xarici kurs var və Pezeşkiyan-Xamenei İranda fikir müxtəlifliyi varmış kimi təəssürat yaradaraq Amerika qarşısında vaxt udmağa çalışırlar. İranın məqsədi ən qısa zamanda uranı zənginləşdirərək nüvə silahı əldə etməkdir. Qeyri-rəsmi mənbələrə görə İran artıq bu silaha sahibdir, rəsmi məlumatlarda isə sadəcə zənginləşdirdiyi qeyd olunur. Əgər İran Amerikanın sazişini qəbul etməzsə, bu ABŞ-ni çıxılmaz vəziyyətdə qoyacaq. İsrail Amerikanı İranla yeni savaşa başlamağa təhrik edir. Ancaq Amerika ikinci Əfqənistan ssenarisinin yaşanmasından yana deyil. Amerika və İran arasında ortaq razılıq olmasa, İran və İsrail gərginliyinin yenidən alovlanacağını görəcəyik. Belə olan halda proseslərin gedişi fonunda İrana hərbi müdaxilə imkanların yenidən gözdən keçiriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə