Avstraliya iranlı 5 qadın futbolçuya sığınacaq verdi - Tramp çağırış etmişdi

Avstraliya hökuməti İran qadın futbol millisinin 5 üzvünə sığınacaq hüququ verib.

Sherg.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Tony Burke məlumat verib.

Nazirin sözlərinə görə, Asiya Kubokunun seçmə mərhələsi üçün Avstraliyada olan futbolçular Gold Coast bölgəsindəki komanda otelindən ayrılaraq sığınacaq üçün müraciət ediblər. Onların humanitar viza müraciətləri təsdiqlənib və hazırda təhlükəsiz yerdə saxlanılırlar.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp də Avstraliyanı iranlı qadın futbolçulara sığınacaq verməyə çağırmışdı.