"Bavariya"nın kapitanı sıradan çıxdı

"Bavariya" klubu ciddi itki ilə üzləşib. 

QOL.az xəbər verir ki, komandanın kapitanı və əsas qapıçısı Manuel Noyer zədələnərək sıradan çıxıb. Klubun məlumatına görə, təcrübəli qolkiper Bundesliqanın 14-cü turunda "Maynts"la keçirilən matçda (2:2) xəsarət alıb.

Aparılan tibbi müayinələr Noyerin sağ bud əzələsində yırtıq olduğunu üzə çıxarıb. 37 yaşlı qapıçının yaşıl meydanlara qayıdış vaxtı ilə bağlı hələlik dəqiq məlumat açıqlanmayıb.

Qeyd edək ki, "Maynts"la heç-heçə Münhen təmsilçisinin cari mövsümdə Bundesliqadakı cəmi ikinci xal itkisi olub. 14 turdan sonra 38 xal toplayan “Bavariya” turnir cədvəlinin lideridir. Manuel Noyer isə bu mövsüm keçirdiyi 12 oyunun 5-də qapısını toxunulmaz saxlayıb.