Bu nəticəni gözləyirdim. Komandam son zamanlar böyük güc sərf edib.
Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Sabah"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın I tur matçından sonra mətbuat konfransında deyib.
“Bu oyunun bizə fayda verəcəyini düşünürəm. “Sabah”ın gücünü və istəyini gördük. Çox ciddi hazırlanmış komandadır. Marko Yankoviç ötən gün məşqdə kiçik zədə almışdı. Onu meydana buraxaraq riskə atmaq istəmirdik, amma Joni Montielin xəsarət almasına görə məcburiyyətdən daxil etməli olduq”, - deyə Qurbanov bildirib.