Dünya Kubokuna viza böhranımı gəlir? FIFA hələ səssiz, gözlər Trampda...

2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi futbol üzrə Dünya Kuboku üçün milyonlarla azarkeş stadiondan matçları canlı izləmək istəyir. Lakin ABŞ Prezidenti Donald Trampın planlaşdırdığı yeni viza qaydaları turnirə qatılmaq istəyənlərin qarşısında problem yarada bilər.

Sherg.az xəbər verir ki, qaydalar çərçivəsində ABŞ-a gəlmək istəyənlər son 5 ildəki sosial media fəaliyyətlərini, e-poçt və əlaqə məlumatlarını təqdim etməli olacaq. Son dövrdə bəzi turistlərin tənqidi paylaşım səbəbindən ölkəyə buraxılmadığı məlumdur.

“Football Supporters Europe” və İnsan Haqları Təşkilatı rəsmiləri bu addımı Dünya Kubokunun ruhuna zidd və ifadə azadlığını pozan tədbir kimi qiymətləndiriblər. FIFA-dan məsuliyyət götürərək turnirin təhlükəsizlik qaydalarını aydınlaşdırmaq tələb olunur.

Hazırda ABŞ-a viza alma prosesləri daha ciddi yoxlanılır, lakin FIFA hələ məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Bu vəziyyət turnirin təşkilatçıları və azarkeşlər arasında narahatlıq yaradıb.