2026 Dünya Kubokunun ev sahibi ölkələrində tətbiq edilən təhlükəsizlik tədbirləri, viza məhdudiyyətləri və təşkilati qaydalar mübahisələrə səbəb olub.
Sherg.az xəbər verir ki, məlumata görə, ABŞ, Meksika və Kanada ərazisində keçiriləcək oyunlar arasında böyük məsafələr, yüksək temperatur və baha bilet qiymətləri komandalar və azarkeşlər üçün çətinlik yaradır.
Bəzi milli komandaların üzvlərinin vizada gecikmələr yaşadığı, yoxlamalara məruz qaldığı və səfər planlarında dəyişiklik edildiyi iddia olunur.

Bundan əlavə, sosial mediada təhlükəsizlik yoxlamalarının sərtliyi və bəzi futbolçuların və rəsmilərin əlavə nəzarətə məruz qalması ilə bağlı narazılıqlar da geniş müzakirə edilir.
FİFA isə səsləndirilən iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.