İspaniya ilə oyunda 7 seyv etdi, izləyiciləri 8 milyona çatdı

2026-cı il FIFA Dünya Çempionatında Kabo-Verde millisinin qapıçısı Vozinya diqqət mərkəzinə düşüb.

Teleqraf xəbər verir ki, 40 yaşlı qolkiper İspaniya ilə keçirilən oyunda parlaq performans sərgiləyib. Qarşılaşmada 7 seyv edən Vozinya komandasının 0:0 hesablı heç-heçə etməsində böyük rol oynayıb.

Təcrübəli qapıçı bu çıxışına görə matçın ən yaxşı futbolçusu seçilib.

Vozinyanın uğurlu oyunu sosial şəbəkələrdə də böyük əks-səda doğurub. Matçdan əvvəl “Instagram”da 45 min izləyicisi olan qapıçının izləyici sayı qısa müddətdə 8 milyona çatıb.

Qarşılaşmadan sonra Vozinya emosional anlar yaşayıb. O, anasının ABŞ vizasının qiyməti səbəbindən matçı stadiondan izləyə bilmədiyini xatırlayaraq göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, tarixində ilk dəfə Dünya Kubokunda iştirak edən Kabo-Verde millisi İspaniya ilə qolsuz heç-heçə edərək mundial tarixində ilk xalını qazanıb.