Fransız futbolçu Kylian Mbappe keçmiş klubu Paris Saint-Jermain (PSJ)-ə qarşı açdığı işi qazanıb. Sherg.az xəbər verir ki, Paris Əmək Məhkəməsi Mbappeyə 61 milyon avro təzminat ödənməsinə qərar verdi.
Fransa mətbuatının məlumatına görə, 2024-cü ildə “Real Madrid”ə sərbəst transfer olunan Mbappe ilə PSJ arasındakı əmək haqqı və müqavilə anlaşmazlığına dair dava Paris Əmək Məhkəməsində baxılmışdı.
Məhkəmə qərarına əsasən, PSJ Fransız futbolçuya ödənməmiş əmək haqqı və bonuslar üçün 61 milyon avro ödəməlidir.
Mbappe, ədalətsiz ləğv və imza bonusları da daxil olmaqla, keçmiş klubundan 10 maddədə ümumilikdə 263 milyon avro təzminat tələb etmişdi.
PSJ isə müqavilənin uzadılmaması qərarını gizlətmək və klubun mümkün transfer gəlirindən məhrum qalmasına səbəb olmaqda günahlandırdığı Mbappeyə qarşı 440 milyon avro təzminat tələb etmişdi.