İspaniya La Liqasının 27-ci turunda “Real Madrid” səfərdə “Selta Viqo”nu 2-1 hesabı ilə məğlub edib. Arda Gülər oyuna ilk 11-də başlayıb və 11-ci dəqiqədə asist edib. “Real Madrid”in qolları isə Tchouameni və Valverdedən gəlib.
Lakin 65-ci dəqiqədə Arda oyundan çıxarılıb. Futbolçunun “Mənmi?” reaksiyası kameraya əks olunub və gərginlik yarandı.
Baş məşqçi Alvaro Arbeloa açıqlamasında deyib:
“Başqa hansı baş məşqçi Ardaya bu qədər dəqiqə verdi? Ona məndən çox inanan və güvənən yoxdur.”
Arbeloa həmçinin gənc futbolçunun inkişafına dəstək verdiyini vurğulayıb.