Mükafatlar açıqlandı, ulduz futbolçunun həyat yoldaşı etiraz etdi

FIFA 2025-ci ilin ən yaxşılarını müəyyənləşdirib. “İlin ən yaxşı kişi futbolçusu” mükafatını Paris Saint-Germainin (PSJ) fransalı oyunçusu Ousmane Dembele qazanıb.

Sherg.az xəbər verir ki, "Barselona"nın ulduzu Rafinya mükafat qazanmayıb və simvolik “11-lik”də yer almayıb. Bu qərardan sonra futbolçunun həyat yoldaşı Natalia Rodrigues FIFA-ya müraciətlə narazılığını ifadə edib.

Rodrigues bildirib: “Bu mövsüm 64 oyunda 62 qola birbaşa töhfə verən Rafinya niyə FIFA-nın İlin "11-liyi"ndə yoxdur? Yoxsa onu basketbolçu zənn etmisiniz? Bu, açıq-aydın ədalətsizlikdir!”

Qeyd edək ki, 29 yaşlı braziliyalı futbolçu 2022-ci ildə "Leeds Yunayted"dən "Barselona"ya 58 milyon avro transfer haqqı qarşılığında keçib. Rafinya cari mövsümdə 13 oyunda 6 qol və 3 assistlə yadda qalıb.