Həm Super Liqada, həm də Avropadakı performansı ilə bütün dünyanın diqqətini üzərinə çəkən Osimhen üçün dünya nəhəngləri böyük məbləğlər təklif etməyə başlayıb.
Sherg.az xəbər verir ki, Nigeriya mətbuatından “Punch Sports Extra”ya görə, "Arsenal" və "Mançester Yunayted" Viktor Osimhen üçün bir-biri ilə yarışır.
İngilis klublarının bu transfer üçün 140 milyon avronu gözdən keçirdiyi bildirilir.
Mövsümün əvvəlində Osimhen üçün 75 milyon avro ödəyən "Qalatasaray" nigeriyalı ulduz hücumçu üçün ən azı 150 milyon avro tələb edir.
Avropada “Qalatasaray”ın ən çox qol vuran legioneri olan Osimhenə digər ölkələrdən də maraq var.
PSJ-nin də Osimhenlə maraqlandığı, lakin futbolçunun 21 milyon avroluq maaşının və “Qalatasaray”ın tələblərinin yüksək olduğu qeyd edilir.
Bundan əvvəl isə Osimhenin "Atletiko Madrid" klubunun növbəti yay transfer dönəmində əsas hədəflərindən biri olduğu iddia olunmuşdu.
Həmçinin Barcelona klubunun da Osimheni yaxından izlədiyi və baş məşqçi Hansi Flickin hücum xəttini gücləndirmək üçün nigeriyalı futbolçunu strateji fürsət kimi gördüyü bildirilir.
Osimhenin sarı-qırmızılı klubun prezidenti Dursun Özbek ilə görüşdüyü və komanda yoldaşlarının istəyini də çatdıraraq “Liverpul”la oyunlar üçün mükafatın 5 milyon avroya qaldırılmasını xahiş etdiyi qeyd olunur.
Özbekin bu tələbə müsbət yanaşdığı və qəbul etdiyi iddia edilir.