Neymar Haiti ilə oyunu buraxacaq

Braziliya millisinin hücumçusu Neymar DÇ-2026-nın II turunda Haiti ilə keçiriləcək oyunda iştirak etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə TMC məlumat yayıb.

Mənbənin məlumatına görə, 34 yaşlı futbolçu qarşılaşma üçün komanda ilə birlikdə səfərə yollanmayacaq. Neymar Dünya çempionatının başlamasına az qalmış aldığı baldır zədəsindən sonra bərpa prosesini Nyu-Cersidə davam etdirəcək.

Braziliya yığması turnirin ilk turunda Mərakeşlə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Braziliya - Haiti matçı iyunun 20-də Bakı vaxtı ilə saat 04:30-da başlayacaq.