Premyer Liqa: “Neftçi” yenidən liderliyə yüksəldi

Azərbaycan Premyer Liqasının XII turunda “Araz-Naxçıvan” və “Neftçi” komandaları qarşılaşıb.

Teleqraf xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə “ağ-qaralar”ın qollarını Qustavo Klisman (19 və 75-ci dəq) və Draqolyub Saviç (70-ci dəq) vurublar.

Bu nəticədən sonra Yuri Vernidubun rəhbərlik etdiyi “Neftçi” xallarını 27-yə yüksəldərək turnir cədvəlinin liderliyinə yüksəlib. “Araz-Naxçıvan” isə 4 xalla 12-ci pillədə yer alır.

Qeyd edək ki, günün növbəti matçında “Kəpəz” “Qarabağ”ı qəbul edəcək. Gəncə şəhər stadionunda baş tutacaq görüş saat 17:00-da start götürəcək.