PSJ Mbappeyə 55 milyon avro ödəməyəcək

Paris Apellyasiya Məhkəməsi “Real Madrid”in hücumçusu Kilian Mbappenin sabiq klubu PSJ-yə qarşı irəli sürdüyü tələbi qəbul etməyib və klubun hesablarının dondurulmasına icazə verməyib

Teleqraf xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

Məhkəmə fransalı futbolçunun 55 milyon avro məbləğində bonusların, həmçinin 2024-cü ilin aprel–iyun ayları üçün əməkhaqqının ödənilməsi ilə bağlı tələblərini təmin etməyib. Qərarda PSJ rəhbərliyinin Mbappenin “Real Madrid”ə azad agent kimi keçidi ərəfəsində bu ödənişlərdən könüllü şəkildə imtina etməsi ilə bağlı mövqeyi əsaslı hesab olunub.

Bundan əlavə, futbolçu məhkəmə xərclərini ödəməyə məcbur edilib və Paris klubunun çəkdiyi xərclərin kompensasiyası üçün 3 min avro məbləğində cərimələnib.

Beləliklə, məhkəmə artıq ikinci dəfə Mbappenin apreldə klubun hesablarına qoyulan həbslərlə bağlı iddialarının əsassız olduğunu təsdiqləyib.