PSJ Qitələrarası Kubokun sahibi oldu

Fransanın PSJ klubu FİFA Qitələrarası Kubokunun sahibi olub.

Axar.az xəbər verir ki, Paris təmsilçisi Qətərdə baş tutan həlledici görüşdə Braziliyanın "Flamenqo" kollektivini üstələyib.

Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşdığından qalibi müəyyən etmək üçün penalti seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq oynayan (2:1) Luis Enrikenin baş məşqçisi olduğu kollektiv Qitələrarası Kuboka sahib çıxıb.

Qeyd edək ki, PSJ tarixində ilk dəfə Qitələrarası Kuboka sahib çıxıb.