"Qalatasaray" ulduz futbolçu üçün hərəkətə keçəcək

"Atletiko"nun hücumçusu Antuan Qrizmann karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Qalatasaray" fransalı futbolçunu transfer etmək istəyir.

İstanbul nəhəngi yayda heyətinə qata bilmədiyi Qrizmann üçün yanvarda yenidən hərəkətə keçəcək. "Sarı-qırmızılar" 34 yaşlı forvarda 2+1 illik müqavilə təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm "Atletiko"nun heyətində keçirdiyi 26 oyunda 7 qol vurub, 1 qol ötürməsi edib. Onun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.