Mərakeşin "Əl-Vidad” klubundan ayrılan Hakim Ziyeç karyerasını Braziliyada davam etdirəcək.
Teleqraf xəbər verir ki, 33 yaşlı niderlandlı yarımmüdafiəçi Braziliya A Seriyası təmsilçisi “Botafoqo” ilə müqavilə imzalayıb.
Tərəflər arasında 2028-ci ilinə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Ziyeç karyerası ərzində “Ayaks” (Niderland), “Çelsi” (İngiltərə) və “Qalatasaray” (Türkiyə) kimi klublarda çıxış edib.