Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu yeni rekorda imza atıb.
Teleqraf xəbər verir ki, 41 yaşlı hücumçu 2026-cı il Dünya Kubokunun qrup mərhələsində Konqo Demokratik Respublikası ilə oyunda start heyətində yer alıb.
Bununla da Ronaldo karyerasında altıncı Dünya Çempionatında iştirak edib. O, bu göstəriciyə çatan ikinci futbolçu olub.
Qeyd edək ki, daha əvvəl Lionel Messi də Argentina millisinin Əlcəzair üzərində 3:0 hesablı qələbə qazandığı oyunda meydana çıxaraq altıncı mundialında iştirak etmişdi. Messi həmin görüşdə het-trik müəllifi olub.