“Sabah” klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq.
Teleqraf xəbər verir ki, Valdas Dambrauskasın komandası görüşdə İngiltərədə “Mançester Yunayted”lə qarşılaşacaq.
“Old Trafford” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Qarşılaşmanı fransalı baş hakim Villi Delajo idarə edəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
10 sentyabr
23:00. “Mançester Yunayted” – “Sabah”
Baş hakim: Villi Delajo (Fransa)
“Old Trafford” stadionu.