Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə MLS-in qalibi olan "İnter Mayami" klubunun üzvlərini, o cümlədən komandanın kapitanı Lionel Messini qəbul edib.
Teleqraf-ın məlumatına görə, görüş zamanı prezident oğlu Barronun böyük bir Messi azarkeşi olduğunu bildirib.
Tramp çıxışında futbolçunun şəxsiyyətini yüksək qiymətləndirərək ona təşəkkür edib. Görüş maraqlı bir anla da yadda qalıb. Belə ki, dövlət başçısının "Tarixin ən yaxşısı Pele, yoxsa Messidir?" sualına hər kəsin "Messi" cavabını verməsindən sonra Tramp da bu fikirlə razılaşaraq argentinalı ulduzu "bütün zamanların ən böyük futbolçusu" adlandırıb.