30 ildə "Əkinçi" qəzetinə 30 qəpik də ayrılmayıb
Yusif Nəzərli
23:26 09.12.2021
Media
701
Baş redaktor Hüsaməddin Əhmədov: "Redaksiyaya bir dənə də olsun texniki avadanlıq verilməyib"
"Zərdabinin ev muzeyinin əsaslı təmirinə 300 min manat vəsait ayrılıb. Ancaq təmir işləri başdansovdu aparılıb"
Tarix təkrar olunur, deyənlər yanılmayıb. Məsələn, milli mətbuatımızın bünövrəsi “Əkinçi” qəzeti 150 il əvvəl hansı sıxıntılarla, hansı çətinliklərlə nəşr olunurdusa, indi də belədir. Təkcə milli mətbuatımızın deyil, Azərbaycan mədəni mühitinin formalaşmasında, milli düşüncənin formalaşmasında cığır açmış, bizim mədəni, sivil xalq kimi tanınmağımızda əvəzsiz xidmətləri olmuş Həsən bəy Zərdabiyə münasibət də 19-cu əsrdəkindən az fərqlənir. Zərdabinin ev-muzeyinə ayrılan vəsait mənimsənilməsi, bunu söyləməyimizə əsas verir. Bu barədə “Şərq”ə hazırda Zərdabda nəşrini minbir əziyyətlə davam etdirən “Əkinçi” qəzetinin baş redaktoru Hüsaməddin Əhmədov dedi.
Baş redaktor “Şərq”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi bu 30 ildə “Əkinçi” qəzetinə 30 qəpik vəsait də ayrılmayıb. Redaksiyaya bir dənə də olsun texniki avadanlıq verilməyib. Qəzet rayon icra hakimiyyətinin hesabına – abunə hesabına ayaqda dayanır. Hələ bu harasıdı?.. Zərdabinin ev-muzeyi də bərbad gündədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev illər öncə Zərdabinin ev-muzeyinin əsaslı təmiri üçün sərəncam imzalayıb, sərəncama əsasən təmir və eksponatların zənginləşdirilməsi üçün 300 min manat vəsait ayrılıb. Amma bu vəsaitin heç 30 mini də ev-muzeyinin təmirinə xərclənməyib:
- Təmir işləri aparılanda getdim muzeyə, əvvəlcə mənə içəri keçməyə icazə vermirdilər, dedim, mən “Əkinçi” qəzetinin baş redaktoruyam, aparılan işlərlə maraqlanmaq haqqımdır. İçəri keçəndə gördüm ki, təmiri başdansovdu aparırlar. Təsəvvür edin ki, arakəsməni alçıpanla düzəldirdilər. Dedim, a kişi, alçıpan nədi? Bura əsaslı bir muzey olmalıdır, bura hər yandan qonaqlar, ziyarətçilər gələcək. Fəhlə dedi ki, onlara belə tapşırılıb. Muzeydə cəmi 2 otaq var, bir dənə də dəhliz. Guya ki, şəkilləri aparmışdılar böyütdürüb gətirsinlər. Şəkillər geri gətiriləndə gördüm ki, sadə bir formatda böyüdülüb, sadə üsulla da rənglənib. Muzeyin qızdırıcı sistemi yoxdur. 2 kondisioner alıb veriblər ki, otaqları isidin. Yəni ayrılan o boyda vəsait hara xərcləndi, bilinmir.
H.Əhmədov bildirdi ki, “Əkinçi” qəzetinin maliyyə problemləri var:
- Qəzet Ağdaş Regional Mədəniyyət Mərkəzinin tabeliyinə veriləndən sonra vəziyyətimiz lap pisləşib. Mərkəzdəkilər qəzet nədir, bilmir.
Qeyd edək ki, məlumatları dəqiqləşdirmək üçün Zərdabi ev-muzeyinin rəhbərliyi ilə də əlaqə saxladıq. Muzeyin direktoru Vəfa xanım heç bir problem olmadığını dedi.
Xəbər lenti
Hamısına bax
Ağdamın əsl dirçəlişi indi başlayır - ŞƏRH
13:21 20.11.2026
Gündəm
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
12:59 20.11.2026
Media
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
12:49 20.11.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
12:25 20.11.2026
Gündəm
SEPAH: Döyüşə hazırıq, coğrafi məhdudiyyət olmadan vuracağıq
12:15 20.11.2026
Dünya
Şahzadə Harri: Orduya qayıda bilərəm
11:47 20.11.2026
Dünya
Tramp: İran məsələsində tələsmirəm
11:27 20.11.2026
Gündəm
Xroniki tənhalıq demensiya riskini 38 faiz artırır
11:11 20.11.2026
Sağlamlıq
Fransa: Əsgərlərimiz zaman-zaman Ukraynada olub
10:59 20.11.2026
Gündəm
“Yuventus” Makkenninin transferinə icazə vermədi
10:56 20.11.2026
Futbol
Rektor qəzaya düşdü, akademik həyat yoldaşı ölüb
10:16 20.11.2026
Hadisə
Tramp tarixi üçtərəfli sammiti dəyərləndirdi: 10 üzərindən 12 bal
10:02 20.11.2026
Dünya
ABŞ Senatından Trampa İrana hücum dəstəyi gəldi
09:58 20.11.2026
Gündəm
Mossad rəhbəri ABŞ-ı İrana zərbələri bərpa etməyə çağırıb
09:57 20.11.2026
Dünya
Agentliyə yeni şöbə müdiri təyin olunub
09:36 20.11.2026
Elm və Təhsil