Ermənistan-Rusiya işçi qrupunun Ermənistan dəmir yolunun fəaliyyəti ilə bağlı ikinci iclası noyabrın sonunadək İrəvanda keçiriləcək.
Sherg.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Məlumata görə, növbəti görüş noyabrın üçüncü ongünlüyündə ilk iclasda iştirak edən eyni tərkibdə baş tutacaq.
İşçi qrupunun ilk iclası noyabrın 17-də İrəvanda keçirilib. Görüşdə “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin Direktorlar Şurasının sədri, “Rusiya Dəmir Yolları” ASC-nin baş direktor müavini Vyaçeslav Pavlovski, Rusiyanın nəqliyyat nazirinin müavini Aleksey Şilo və Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini David İvanyan iştirak ediblər.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl “Rusiya Dəmir Yolları”ndan Ermənistan dəmir yolunun rəqabət qabiliyyətinin təmin edilməsi üçün investisiya gözlədiklərini bildirib.