ABŞ Senatı Prezident Donald Trampın İrana hücum etməsinin qarşısını almağı nəzərdə tutan müharibə səlahiyyətləri haqqında qanun layihəsini rədd edib.
Sherg.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, Senatda keçirilən səsvermədə 48 senator layihənin lehinə, 51 senator isə əleyhinə səs verib.
Qanun layihəsi Respublikaçı senatorların səsləri ilə növbəti dəfə bloklanıb. Üç Respublikaçı senator - Syuzan Kollinz, Liza Murkovski və Rand Pol layihənin lehinə səs verib.
Demokrat senator Con Fetterman isə layihənin əleyhinə səs verən yeganə Demokrat olub.
Qeyd edək ki, sentyabrın ortalarında Nümayəndələr Palatasında analoji qanun layihəsi 220 lehinə, 204 əleyhinə səslə qəbul edilmişdi.