Ağdam regionun sənaye mərkəzinə çevriləcək
Yusif Nəzərli
13:22 15.02.2022
Qarabağ
704
Şəhər eyni zamanda böyük turizm potensialına malikdir
Ağdamın təsdiq olunmuş Baş Planına uyğun olaraq şəhərin mərhələli şəkildə tikintisi davam etdirilir. Baş Plan və aparılan işlər göstərir ki, Ağdam bərpadan sonra regionun sənaye mərkəzinə çevriləcək. İşğaldan əvvəl rayonda istehsal edilən məhsullar keçmiş SSRİ-də xüsusi tanınıb.
Məsələn, şərab məhsulları sovet vaxtı müqayisəli üstünlüyə malik idi. Ağdamda yeni yaradılacaq sənaye parkında 110 milyon manatlıq sərmayə qoyuluşu nəzərdə tutulub ki, bu 333 iş yeri və 33 sahibkarın prosesə cəlb olunması anlamına gəlir. Dövlət tərəfindən infrastruktur formalaşdıqdan sonra yalnız sənaye parkında deyil, digər istiqamətlərdə də investisiyaların cəlb edilməsi nəzərdə tutulur.
Millət vəkili Vüqar Bayramov “Şərq”ə bildirib ki, Ağdam ölkəmizdə az sayılı rayonlardandır ki, torpaqlarının 92 faizdən çoxu məhsuldardır. Deputatın sözlərinə görə, bu da aqrar sektorun inkişafına geniş imkanlar yaradır:
“Ağdamda kənd təsərrüfatının və sənayenin, iqtisadiyyatın digər sektorlarının inkişaf potensialı yüksəkdir. Ağdama yerli investisiya ilə yanaşı, xarici investisiyanın da cəlb edilməsi proqnozlaşdırılır. Bu baxımdan yalnız kənd təsərrüfatı məhsulları deyil, sənaye məhsullarının istehsal edilməsi, onların bir qisminin daxilə, bir qisminin xaricə ixrac edilməsi nəzərdə tutulur. Ağdam eyni zamanda böyük turizm potensialına malikdir. Rayonun təbiəti və tarixi turist cəlb etmək baxımından üstünlüyü var. Ağdamda xüsusilə yay turizm imkanları genişdir. Rayon istehsal olunan məhsulların bir qisminin Şimal-Cənub nəqliyyat dəhlizi ilə ixrac imkanına malik olacaq. Bu da rayonun qeyri-neft sektorunda ixracata xüsusi dəstəyindən xəbər verir. İşğaldan azad edilən rayonlarımızda bərpa, yenidənqurma və iqtisadiyyatın formalaşması Azərbaycan iqtisadiyyatında artım tempini daha da sürətləndirəcək. İlkin proqnozlara görə, işğaldan azad edilən ərazilərimiz aqrar sektorda əlavə 10 faizə yaxın dəyərin yaradılmasına imkan verəcək. Bu da sənayedə və Azərbaycan iqtisadiyyatında artım tempini daha da sürətləndirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Serbiya parlamentində ikinci gündür yeni sədr seçilə bilmir
23:32 18.11.2026
Dünya
İsrail Qəzzanın mərkəzində əməliyyata başladı
22:54 18.11.2026
Gündəm
Putinlə Trampın görüşü qısa olacaq - Kreml
22:18 18.11.2026
Dünya
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya