ABŞ Ukraynaya qabaqcıl raket sistemləri göndərəcək
Yusif Nəzərli
14:34 01.06.2022
Dünya
755
ABŞ prezidenti Co Bayden Rusiya ilə müharibədə istifadə etmək üçün Ukraynaya qabaqcıl raket sistemləri göndərmək qərarına gəlib.
“Sherg.az” HaberGlobal-a istinadən xəbər verir ki, Co Bayden bu barədə “New York Times” qəzetinə yazdığı “Amerikanın Ukraynada etdiyi və etməyəcəyi şeylər” adlı məqaləsində bildirib. Digər ölkələrin Ukraynaya həm hərbi, həm humanitar, həm də maliyyə dəstəyi verdiyini qeyd edən Bayden ABŞ-ın bu müharibə ilə bağlı mövqeyini açıqlayıb:
“ABŞ-ın məqsədi bəllidir: biz demokratik, müstəqil, suveren,firavan və özünün gələcək təhdidlərdən qoruya bilən Ukrayna istəyirik. Ukrayna prezidenti Volodimir Zelenskinin dediyi kimi, bu müharibənin sonunda demokratiya qalib gələcək. Bu səbəbdən Ukraynaya cəbhədə daha dəqiq hədəfləri vura biləcək inkişaf etmiş raket sistemləri və sursatlar verməyə qərar verdim”.
Rusiyaya qarşı sanksiyaları artırmaq üçün digər ölkələrlə işləməyə davam edəcəklərini vurğulayan Bayden, ABŞ-ın Ukraynaya Javelin tank əleyhinə raketləri, Stinger zenit raketləri, radar sistemləri, PUA və Mi-17 kimi qabaqcıl silahları göndərməyə davam edəcəyini qeyd edib. Bayden bəyan edib ki, ABŞ ərzaq böhranının pisləşməsinin qarşısını almaq üçün tərəfdaşları ilə birlikdə çalışacaq, digər tərəfdən də Avropanın yanacaqlara görə Rusiyadan asılılığını azaltmağa cəhd edəcək.
NATO-nun şərq cinahını gücləndirməyə davam edəcəklərini bildirən Bayden, Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətini də alqışladığını deyib. Bayden qeyd edib ki, bu addım bütün ABŞ və trans-Atlantik ölkələrin təhlükəsizliyini daha da artıracaq.
ABŞ xalqının bundan sonra da Ukrayna xalqının yanında olacağını bildirən Bayden Putinin belə birliyi gözləmədiyini və yanıldığına diqqət çəkib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Başına top dəyən futbolçu öldü
19:42 16.11.2026
Futbol
Putin APEC sammitindən dərhal sonra Tacikistana gedəcək
19:34 16.11.2026
Aktual
Tramp Çində Putin və Si Cinpinlə görüşəcəyini təsdiqləyib
19:26 16.11.2026
Aktual
COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi
19:18 16.11.2026
Gündəm
Britaniya nəşri hazırda İranı kimlərin idarə etdiyini açıqladı
19:11 16.11.2026
Dünya
Tramp Çində Putinlə yanaşı Kim Çen Inla da görüşə bilər
18:47 16.11.2026
Dünya
Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi
18:45 16.11.2026
Gündəm
Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb
18:39 16.11.2026
Hadisə
Dolların mövqeyi zəifləyir, manat güclənir - İZAH
18:28 16.11.2026
İqtisadiyyat
Bakı-London iqtisadi tərəfdaşlığı genişlənir - TƏHLİL
18:09 16.11.2026
Gündəm
Aİ Ukraynaya silah tədarükü üçün 1,76 milyard avro ayırdı
18:03 16.11.2026
Dünya
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirildi
17:58 16.11.2026
Sosial
Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
17:49 16.11.2026
Dünya
Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir
17:47 16.11.2026
Sosial
İran və Pakistan XİN rəhbərləri görüşdü
17:21 16.11.2026
Dünya