20 dəqiqəlik çıxışında 700 dəfədən çox “mən” sözünü işlədib

ABŞ Prezidenti Donald Tramp prezidentliyinin ikinci dövründə ilk Millətə Müraciət çıxışını edib.

Sherg.az xəbər verir ki, Ağ Evdən canlı yayımlanan çıxışında o, qanunsuz miqrantlardan iqtisadiyyata, Venesueladan mənzil probleminə qədər bir çox mövzu ilə bağlı dəyərləndirmələr aparıb, keçmiş prezident Co Baydeni tənqid edib. ABŞ Prezidenti iqtisadi nailiyyətlərini sadalayaraq, “Ölkəmiz güclüdür… Dünyanın indiyədək görmədiyi iqtisadi partlayışın astanasındayıq”, – deyə bildirib.

Qanunsuz miqrant problemi ilə bağlı danışan və Baydeni günahlandıran Tramp, “Bir il əvvəl ölkəmiz ölmüşdü və uğursuzluğa doğru gedirdi. İndi isə dünyanın ən uğurlu ölkəsiyik”, - deyib. O, “Bir ildə heç kimin xəyal belə edə bilməyəcəyi işləri gördüyünü” iddia edib. Tramp həmçinin, “ABŞ ordusunun gücünü yenidən bərpa etdim. 10 ayda 8 münaqişədə sülhü təmin etdim və 3 min ildə ilk dəfə Orta Doğuya sülh gətirdim”, - ifadələrini işlədib.

Millətə Müraciət Demokratlar tərəfindən tənqid olunub. Bildirilir ki, Prezident 20 dəqiqəlik çıxışı zamanı “Mən” sözünü 700 dəfədən çox işlədib.