İsveçlilərin yalnız 9 faizi cadugərliyə inanır
10:10 25.11.2022
Cəmiyyət
505
Amerikalıların 16,5, Rusiya vətəndaşlarının isə 56 faizi cadugərliyə inandığı məlum olub
Araşdırmalara görə, sehr və cadugərliyə inananların sayı əvvəlki dönəmlərlə müqayisədə indi daha çoxdur. Tədqiqat hansı cəmiyyətlərdə cadugərliyə inancın daha çox olduğunu ortaya çıxarıb.
“Şərq” xarici mediaya istinadən xəbər verir ki, dünya üzrə aparılan geniş sorğu 95 ölkədən təxminən bir milyard yetkinin sehr və cadugərliyə inandığını ortaya çıxarıb.
“PLOS One” elmi jurnalında dərc olunan araşdırma 2008-2017-ci illər arasında aparılan sorğulardan əldə edilən məlumatları qiymətləndirib.
95 ölkədən 140 min insanın qatıldığı bu sorğularda fərdlərdən cadugərliklə bağlı inancları soruşulub. Bu şəxslərin 40 faizi caduya inandıqlarını bildiriblər. Dünya əhalisinin 8 milyardı keçdiyi məlum olsa da, Cənub-Şərqi Asiya regionu, Hindistan və Çin kimi əhalinin yüksək olduğu ölkələr araşdırmaya daxil edilməyib.
Araşdırmalar nəticəsində insanların 43 faizinin “Başımıza pislik gəlməsini istəyən insanlar cadu edə bilər” ifadəsi ilə razılaşdığı məlum olub.
Cadugərliyə inancın ölkədən ölkəyə əhəmiyyətli dərəcədə fərqli olduğu da aydınlaşıb. Məsələn, isveçlilərin yalnız 9 faizi cadugərliyə inanır, tunislilərin isə ən azı 90 faizi cadugərliyin gerçək olduğuna inanır.
Amerikalıların 16,5 faizinin, Rusiya vətəndaşlarının isə 56 faizinin cadugərliyə inandığı paylaşılıb.
Vaşinqtondakı Amerika Universitetinin İqtisadiyyat fakültəsindən Boris Qerşman təhsil və sərvət səviyyəsi yüksək olan bölgələrdə cadugərliyə inancın daha az olduğunu vurğulayaraq, savadlı və zəngin insanlar arasında da belə inanclara rast gəlindiyini bildirib.
Tədqiqatçı qurumların qeyri-kafi, sosial etimadın lazımi səviyyədə qurulmadığı, qərəzlərin yüksək olduğu cəmiyyətlərdə cadugərliyə inancın daha çox olduğunu qeyd edib.
“Newsweek”ə danışan akademik bildirib ki, tarix boyu cadugərliyə inancın əsas funksiyalarından biri cəmiyyətdə asayişi qorumaq və ictimai harmoniyanı təmin etmək olub. O, ictimai asayişin rəsmi qurumlar tərəfindən səmərəli şəkildə qorunmadığı cəmiyyətlərdə cadu kimi inanclara daha çox rast gəlindiyini bildirib.
Məlumdur ki, ictimai asayişi təmin edən qurumların zəif olduğu ölkələrdə cadu inancı geniş yayılıb.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə
Türkiyə-Ermənistan sərhədində dəmir yolu tikintisi davam edir
12:14 13.11.2026
Gündəm