Uçot dərəcəsinin artırılması Azərbaycana təsir etməyəcək
Yusif Nəzərli
12:26 30.03.2023
İqtisadiyyat
686
Hazırda manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.75 faizə, faiz dəhlizinin aşağı həddi 7 faizə, faiz dəhlizinin yuxarı həddi isə 9.75 faizə qaldırılıb. Bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib.
AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı mayın 3-də ictimaiyyətə açıqlanacaq.
Mərkəzi Bankın uçot dərəcəsini qaldırması ilə bağlı “Şərq”ə danışan iqtisadçı-ekspert Eldəniz Əmirov isə deyib ki, son dönəmlər FED və MB-nin monetar siyasətində bir sinxronluq müşahidə edilir. Bu da ona görə başadüşüləndir ki, qərarda təkcə ölkə daxilində deyil, eyni zamanda xarici faktorların, ələlxüsus FED-in qərarları ilə dolların dəyər dinamikası nəzərə alınıb. Ekspertin sözlərinə görə, uçot dərəcəsinin artırılmasında əsas məqsəd inflyasiyanın cilovlanmasıdır: “Deməli, inflyasiya səngimir ki, bu addım atılır. Digər maraqlı məqam isə Mərkəzi Bankın 2023-cü ildə illik inflyasiyanın 8 faiz ətrafında olacağı proqnozunu yenidən təsdiqləməsidir. Yəni 2022-ci ildəki inflyasiya 6 faiz bəndi azalacaq.
İlk baxışdan verilmiş 8 faizli proqnoz və davamlı uçot dərəcəsində olan artırılmalar təzadlı görünə bilər. Yəni əgər inflyasiya 6 faiz bəndinin enərək 8 faizə düşəcəyi proqnoz edilirsə, niyə uçot dərəcəsi belə sürətlə qaldırılır. Axı uçot dərəcəsinin qaldırılması həm də iqtisadi aktivliyi boğur. Amma aşağı proqnoz və uçot dərəcəsinin artırılması arasında bir məntiqi əlaqə var ki, bu da uçot dərəcəsinin davamlı artırılması hesabına inflyasiyanın 8 faizə endirilməsinə nail olmaqdır.
Yuxarıda da qeyd etdiyim kimi, həm xarici, həm də daxili faktorlardan dolayı bu, vacibdir. May ayının 3-də isə bu məsələ ilə bağlı növbəti qərar veriləcək. 8 faizli proqnoz fonunda mayda da uçot dərəcəsində artım olma ehtimalı çoxdur”.
Uçot dərəcəsinin artırılmasının təsirlərinə gəldikdə isə E.Əmirov deyib ki, belə hallarda əsas narahatlıq manatın taleyilə bağlı olur: “Amma hazırda manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur. Nəzərə alaq ki, manatın arxasında 9 milyard dollardan artıq valyuta ehtiyatına sahib Mərkəzi Bank durur və manata ciddi təzyiq etməyə hazır olan dolların cilovunu əlində bərk-bərk sıxıb saxlayıb. Deməli, hələlik manatın məzənnəsi ilə bağlı hər hansı bir qorxu yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya